Maskdan narkotik aludəçiliyi ilə bağlı iddialara cavab – Yenilənib


İlon Mask narkotik vasitələrdən istifadə etməsi ilə bağlı mediada yayılan şayiələri təkzib edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.
“Forbes” yazır ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) amerikalı teleaparıcı Co Roqanla müsahibə zamanı sahibkarın marixuana çəkdiyini əks etdirən videodan sonra 2018-ci ildə Maskdan SpaceX əməkdaşları üçün narkotik qadağasına riayət olunmasına zəmanət verməsini tələb edib. NASA ilə müqavilənin şərtlərinə əsasən, biznesmen də vaxtaşırı qanında narkotik maddələrin olub-olmaması üçün testlərdən keçməli idi ki, onun şirkəti dövlət müqavilələrinə çıxışı saxlaya bilsin.
“Roqanla müsahibədən sonra mən NASA-nın xahişi ilə üç il ərzində narkotik testindən keçməyə razı oldum. Onlar nəinki narkotik, hətta spirt izinə belə rastlamadılar”, - iş adamı öz səhifəsində yazıb.
O bildirib ki, sınaqların keçirilmə tarixləri təsadüfi seçilib.

***11:05
“Tesla” və “SpaceX” direktorlar şurası bu şirkətlərin sahibi İlon Maskın narkotik istifadə etdiyindən, həmçinin bunun onun aktivlərinin taleyinə mənfi təsiri olacağından ehtiyat edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, direktorlar şurası eyni zamanda, Maskın mübahisəli fikirlərinin və təxribat xarakterli hərəkətlərinin narahatlıq doğurduğunu bildirib.
WSJ qeyd edib ki, bu davranışların səbəbi onun yaradıcı xarakterinin, həmçinin, stress və yuxusuzluğunun nəticələridir.
Şirkət nümayəndələri İlon Maskın narkotik istifadə etdiyini irəli sürsələr də, buna dair hər hansı sübut təqdim etməyiblər.
Direktorlar şurası həmçinin bildirib ki, Maskın qadağan olumuş maddələrə aludə olması “SpaceX”lə çoxmilyardlıq dövlət müqavilələrinin bağlanmasına təhlükə yarada bilər.
Onların fikrincə, bu halda milyarderin təxminən 1 trilyon dollarlıq aktivləri təhlükə altında qala, on minlərlə işçisi işini itirə və hətta Amerikanın kosmik proqramı zərər çəkə bilər.
Digər tərəfdən, Maskın vəkili Aleks Spiro şirkət nümayəndələrinin Maskın narkotik istifadəsi ilə bağlı iddialarını təkzib edib və milyarderin mütəmadi olaraq qanında narkotiklərin səviyyəsini yoxlamaq üçün testlərdən keçdiyini bildirib. Vəkilin sözlərinə görə, Maskın bu testlərində heç vaxt hər hansı şübhəli bir nəticə qeydə alınmayıb.

DİGƏR XƏBƏRLƏR

Top