
İsrail və Fələstinin HƏMAS hərəkatı arasında silahlı qarşıdurmanın qızışmasından sonra 110-a yaxın jurnalist Qəzza zolağında peşə vəzifələrini yerinə yetirərkən öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu məlumatı Qəzzadakı media ilə əlaqələr şöbəsi verib.
“Qəzzada müharibə başlayandan bəri öldürülən jurnalistlərin sayı 109-a çatıb”, - məlumatda deyilir.
Qeyd olunub ki, İsrailin Fələstin anklavına endirdiyi zərbələrin sonuncu jurnalist qurbanları “Əl-Cəzirə” telekanalının çəkiliş qrupunun üzvləri olub.
Misirin “Al-Youm as-Sabia” xəbər portalı qeyd edir ki, Qəzzada öldürülən mətbuat işçiləri arasında ən azı 11 qadın var:
“Onların hamısı müxtəlif televiziya kanallarının müxbirləri olub və İsrailin zərbələri nəticəsində həlak olublar”.
Tətbiqimizi yükləyə bilərsiniz