Blinken Ərdoğanla Yaxın Şərq və Ukraynadakı münaqişələri müzakirə etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət katibi Antoni Blinken görüş zamanı Yaxın Şərq və Ukrayna münaqişələrini müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat yayıb.
“Dövlət katibi münaqişənin genişlənməsinin qarşısının alınmasının, girovların azad edilməsinin təmin edilməsinin, humanitar yardımın tədarükünün genişləndirilməsinin və mülki əhali arasında itkilərin azaldılmasının, eləcə də regionda möhkəm və davamlı sülhün əldə edilməsi istiqamətində İsrailin təhlükəsizliyini və Fələstin dövlətinin yaradılmasını təmin edən işlərin görülməsinin vacibliyini vurğulayıb”, - bəyanatda deyilir.
Blinken və Ərdoğan Ukraynadakı münaqişə də daxil olmaqla, Avropa təhlükəsizliyi məsələlərini, həmçinin İsveçin NATO-ya daxil olmasını və Vaşinqtonla Ankara arasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsini müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top