“İsrail üç ay ərzində 30 xəstəxananı sıradan çıxarıb”


“İsrail ordusu demək olar ki, üç aydır davam edən hərbi əməliyyatlar zamanı Qəzza zolağında 30 xəstəxananı sıradan çıxarıb”.
Yeniavaz.com
“Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bu barədə Fələstin hökumətinin informasiya departamenti məlumat yayıb.
“İşğalçının (İsrail – red.) hərəkətləri nəticəsində Qəzza zolağında 30 xəstəxana sıradan çıxarılıb. Ölən və itkin düşənlərin sayı 10 mini uşaq və 7 mini qadın olmaqla 29 722 nəfərdir”, - məlumatda deyilir.
Bundan əlavə, departamentin qeyd etdiyi kimi, İsrail ordusu Qəzza zolağında 69 min yaşayış məntəqəsini tamamilə, daha 290 min yaşayış məntəqəsini isə qismən məhv edib.

DİGƏR XƏBƏRLƏR

Top