Şuşaya nə qədər turist səfər edib? – Statistika

şuşa və suqovuşana fərdi avtomobillə də səfər etmək mümkün olacaq
Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycana səfər edən əcnəbilərin Şuşa şəhərində keçirdiyi gecələmələrin sayı 1 976 olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstərici azalıb.
Belə ki, 2022-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana səfər edən əcnəbilər Şuşa şəhərində 2 546 gecə keçiriblər.
İşğaldan azad olunan digər rayonlarda isə əcnəbilər bir gecə də olsun qalmayıblar.
Onu da bildirək ki, ötən ilin ilk 9 ayı ərzində Şuşaya turizm məqsədilə 3 069 Azərbaycan vətəndaşı səfər edib.
İşğaldan azad olunan digər rayonlara – Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilana bir nəfər də olsun turizm məqsədiylə səfər etməyib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top