Külək Mingəçevirdə bir sıra fəsadlar törədib – Fotolar


Gecədən əsən güclü külək Mingəçevirdə bir sıra fəsadlar törədib.
Yeniavaz.com
xəbər verir ki, güclü külək Üzeyir Hacıbəyov, Aydın Məmmədov  küçələri, Heydər Əliyev prospektində, Dostluq və Sahil parklarında, eləcə də daxili məhəllələrdə iri ağacları qopararaq aşırıb. Mingəçevir Mərkəzi Xəstəxanasının girişi aşan ağac tərəfindən kəsilib, nəqliyyatın, xüsusilə də təcili yardım maşınlarının hərəkətinə məhdudiyyətlər yaradıb.
Güclü külək eyni zamanda bəzi istiqamətlərdə elektrik və telefon xətlərinin zədələnməsinə səbəb olub. Qısa fasilələrlə bəzi istiqamətlərdə işıqlar sönüb.
Qeyd edək ki, aidiyyəti qurumlar tərəfindən təbiətin törətdiyi fəsadlar aradan qaldırılır.

Esmira Hidayətova, Mingəçevir



DİGƏR XƏBƏRLƏR

Top