
ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən vəzifəyə başlayacağı təqdirdə planetdə sülhü “güc yolu ilə” bərpa edəcəyini bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, o bu barədə Ayova ştatında tərəfdarları qarşısında çıxış edərkən deyib.
“Biz bütün planetimizdə güclə sülhü bərpa edəcəyik”, - Tramp bildirib.
Tramp həmçinin bildirib ki, 2024-cü il ABŞ prezident seçkilərində digər namizədlər arasında yalnız o, bəşəriyyətin yaxınlaşdığı üçüncü dünya müharibəsinin qarşısını ala bilər.
Tətbiqimizi yükləyə bilərsiniz