İsrail bir gündə Qəzzada 100-dən çox hədəfə hücum etdi


İsrail ordusu son 24 saat ərzində Qəzza zolağında HƏMAS hərəkatına qarşı əməliyyat zamanı 100-dən çox hədəfə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Son sutka ərzində IDF-nin hava, quru və dəniz qüvvələri Qəzza zolağında 100-dən çox terrorçu hədəfi, o cümlədən əməliyyat komandanlıq mərkəzləri və hərbi obyektləri, habelə silahların və terror infrastrukturunun saxlanıldığı atış meydançalarını və komplekslərini vurub”, - məlumatda bildirilib.
Məlumata görə, həmçinin, anklavın cənubundakı Xan Yunis şəhərində İsrail ərazisinə raket zərbələri endirmək üçün istifadə edilən bir neçə buraxılış qurğusu aşkar edilərək məhv edilib, bu əməliyyatlar fələstinlilərlə döyüşlərlə müşayiət olunub.

DİGƏR XƏBƏRLƏR

Top