Ronaldo “Maradona” mükafatı alacaq


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Portuqaliya milli komandalarının hücumçusu Kriştianu Ronaldo əfsanəvi Dieqo Maradonanın adını daşıyan mükafata layiq görülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “euro-football.ru” portalı məlumat yayıb.
Hücumçu mükafatı 2023-cü təqvim ilinin ən yaxşı bombardiri kimi alacaq. Belə ki, 38 yaşlı portuqaliyalı 2023-cü ildə 54 qola imza atıb. Ondan sonra siyahıda hərəyə 52 qol vuran “PSJ”nin hücumçusu Kilian Mbappe və “Bavariya”nın hücumçusu Harri Keyn gəlir.
Ronaldo mükafatı yanvarın 19-da Dubayda keçiriləcək “Globe Soccer Awards” mərasimində alacaq.
Qeyd edək ki, Ronaldo beşqat “Qızıl top” sahibidir. O, karyerası ərzində “Real Madrid”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq Lissabon” kimi klublarda çıxış edib.
Xatırladaq ki, Kriştianu Ronaldo bir il əvvəl “Mançester Yunayted”lə müqaviləsinə xitam verildikdən sonra “Əl-Nəsr”ə keçib.

DİGƏR XƏBƏRLƏR

Top