
Rusiya Prezidenti Vladimir Putin “xüsusi hərbi əməliyyat” zamanı orduda və ya “hərbi birləşmələrdə” xidmət etmək üçün müqavilə bağlamış əcnəbilərə Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, fərman normativ hüquqi aktlar portalında dərc olunub.
Bildirilir ki, müqavilə ən azı bir il müddətinə bağlanmalıdır. Hərbi qulluqçuların özləri ilə yanaşı, onların ailə üzvləri - həyat yoldaşları, uşaqları və valideynləri də vətəndaşlıq ala bilərlər. Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Tətbiqimizi yükləyə bilərsiniz