
İsrailin Qəzza zolağına 89 gündür davam edən hücumlarında ölənlərlə bağlı məlumat verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrailin Qəzza zolağına etdiyi hücumlarda son 24 saatda daha 128 fələstinli dünyasını dəyişib, 261 nəfər isə yaralanıb.
Qeyd olunub ki, 7 oktyabrdan bəri anklavda ölənlərin sayı 22 min 313 nəfərə çatıb. 57 min 296 nəfərin isə yaralandığı bildirilir.