Kanalda batan uşaq 7 gündür axtarılır – Video


Xəbər verildiyi kimi, Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 2023-cü il 26 dekabr tarixdə batdığı ehtimal olunan azyaşlının axtarışları davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən azyaşlının axtarışları aparılır.
Müvafiq qurum tərəfindən kanalda suyun səviyyəsi aşağı salınmaqla, hazırda FHN-in dalğıc-xilasediciləri kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarış-xilasetmə əməliyyatını davam etdirirlər.

DİGƏR XƏBƏRLƏR

Top