Avropa 2023-cü ildə rekord həcmdə qaz idxal edib


2023-cü ildə Avropa terminallarından Aİ-nin qaz nəqli sisteminə mayeləşdirilmiş təbii qazın (LNG) axınları bütün müşahidə dövrü üçün rekord həddə çatıb və 131 milyard kubmetri keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe” məlumat yayıb.
Məlumata görə, ümumilikdə, 2023-cü ildə terminallardan Avropa qaz nəqli sisteminə LNG daxilolmaları təxminən 131,22 milyard kubmetr (əvvəlki ilə nisbətən 1,9% çox) təşkil edib. Beləliklə, keçən il Avropa ölkələri tərəfindən LNG idxalı bütün müşahidə dövrü ərzində rekord həddə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top