
İsrail Knesseti (parlamenti) əvvəllər ölkənin Energetika Nazirliyinə rəhbərlik etmiş İsrael Katsın xarici işlər naziri vəzifəsinə təyin edilməsinə razılıq verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb. Məlumata görə, təyinat dərhal qüvvəyə minir.
Kats Nazirlər Kabinetinin 31 dekabr 2023-cü il tarixli qərarına uyğun olaraq xarici işlər naziri vəzifəsində bundan sonra Energetika Nazirliyinə rəhbərlik edəcək Eli Koeni əvəz edib.
Eyni zamanda, parlament Koenin əsas nazirlərin iştirakı ilə ölkə üçün ən vacib qərarların müzakirə olunduğu hərbi-siyasi kabinetdəki yerini saxlamağa qərar verib.
Qeyd edək ki, 68 yaşlı Kats “Likud” partiyasının siyahısı ilə Knessetə deputat seçilib. O, müxtəlif nazirliklərə, o cümlədən 2019-2020-ci illərdə İsrail Xarici İşlər Nazirliyinə rəhbərlik edib.
Kats Fələstin və İrana qarşı sərt siyasətin tərəfdarı hesab olunur.