Vəkilin intiharı üzrə cinayət işi başlandı


Vəkil Zaur Məmmədovun intihar etməsi faktı üzrə cinayət işi başlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinə daxil olmuş sorğulara cavab olaraq məlumat verilib.
Bildirilib ki, vəkil Zaur Məmmədovun yanvarın 1-də saat 19 radələrində intihar etməsi faktı üzrə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, Z. Məmmədov Vəkillər Kollegiyasının yanında üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top