Suriyada daha iki Amerika bazasına hücum oldu – KİV


İraqın “İslami Müqavimət” Hərəkatına məxsus silahlı birləşmələr Suriyanın Deyr əz-Zor əyalətində, Koniko qaz yatağı yaxınlığında ABŞ hərbi bazasını atəşə tutub.
Yeniavaz.com
“Sham FM” radiostansiyana istinadla xəbər verir ki, hərbi obyektə atəş çoxsaylı buraxılış raket sistemlərindən açılıb. Hücum zamanı bazada bir neçə partlayış baş verib.
Bundan başqa, “İslami Müqavimət” döyüşçüləri Haseke əyalətinin cənubunda, Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşən Amerika bazasına hücum ebib. Hərəkat hücum üçün kamikadze pilotsuz uçan aparatlardan istifadə edib. Hücumun nəticələri barədə məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl İraqda təhlükəsizlik mənbələrinin məlumatına görə, ölkənin qərbində, Ənbar əyalətində yerləşən Ayn əl-Əsəd ABŞ hərbi bazası da hücuma məruz qalıb.
Xatırladaq ki, Yaxın Şərqdə hərbi eskalasiyanın başladığı 7 oktyabr 2023-cü ildən bəri ABŞ-nin İraq və Suriyadakı bazalarına 110-dan çox hücum olub.

DİGƏR XƏBƏRLƏR

Top