Salatları nə qədər saxlamaq olar?


“Yeni il salatlarını ertəsi gün yemək sağlamlığınız üçün təhlükəli ola bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə lenta.ru-ya verdiyi müsahibədə qastroenteroloq, diyetoloq İnna Zaikina danışıb.
Həkim qeyd edib ki, salatlar bir çox insanın sevimli yeməkləri kimi tanınır və liderlər arasında “Paytaxt” salatı kimi mayonezli, çoxkomponentli salatlar olur:
“Bilməlisiniz ki, belə qidalar tez xarab olur: müxtəlif saxlama müddəti olan məhsullar qabda qarışdırılır, yağlı mayonez isə toksinlər əmələ gətirən mikroorqanizmlərin çoxalması üçün zəmindir. Bununla əlaqədar olaraq həm hazırlanarkən sanitar normalara riayət edilmədikdə, həm də qida uzun müddət saxlanılmaqla qida zəhərlənməsinə səbəb ola bilər. Mədə-bağırsaq xəstəlikləri olan insanlar xüsusilə risk altındadır”.
Mütəxəssisin fikrincə, belə salatların inqrediyentlərini bayram süfrəsi planlaşdırıldığı gün birbaşa təzə inqrediyentlərdən hazırlamaq məqsədəuyğun olar və mütləq soyuducuda saxlanmalıdır:
“Bu halda, hazırlanmış salat komponentlərinin təhlükəsizliyinə 18 saat zəmanət verilir. Artıq qarışdırılmış salatın ömrü soyuducuda saxlansa belə, 12 saata qədər azalır. Belə salatları bayram süfrəsində hazır formada 6 saatdan çox saxlamaq olmaz”.

DİGƏR XƏBƏRLƏR

Top