2024-cü ilin ilk günü İstanbulda böyük yürüş – Foto


İstanbulda yeni ilin ilk günü Qəzza zolağının sakinləri ilə həmrəylik və terroru pisləyən kütləvi yürüş başlayıb.
Yeniavaz.com
xəbər türk mətbuatına istinadən xəbər verir ki, aksiya səhər namazından sonra başlayıb.
İstanbul və ölkənin digər şəhərlərinin on minlərlə sakini Türkiyə, Fələstin bayraqları və İsrailin Qəzzadakı hərəkətlərini pisləyən pankartlarla dünyaca məşhur Ayasofya, Sultanahmet, Süleymaniye və Yeni Məsciddən Qalata körpüsünə qədər davam edib.
Aksiya ilə əlaqədar İstanbulun tarixi hissəsində bəzi küçələr nəqliyyata bağlanıb.
Bildirilir ki, yürüşdə 250 mindən çox insan iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top