Rusların bombaladığı Kiyevdə ölənlərin sayı 23-ə çatdı


Rusların dekabrın 29-da Kiyevə həyata keçirdiyi güclü raket hücumunun qurbanlarının sayı artıq 20 nəfərdən çoxdur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi İdarəsinin “Telegram” kanalında məlumat dərc olunub.
“Bu dəqiqə, dekabrın 29-da rusların Kiyevi raketlərlə bombalaması nəticəsində ölənlərin sayı artıq 22 nəfərə çatıb”, - məlumatda deyilir.
Daha sonra Ukrayna Dövlət Fövqəladə Xidməti ölənlərin sayını 23 olaraq açıqlayıb:
“23 ölü dağıntılar altından xilas edilib. Kiyevin Şevçenkovski rayonunda dağıntılardan 8 nəfər xilas edilib, 35 yaralı var. Xilasetmə əməliyyatları davam edir”.
Qeyd edək ki, dekabrın 29-da ruslar Ukrayna ərazisinə onlarla kamikadze pilotsuz uçan aparat, sonra isə 100-dən çox müxtəlif tipli raket atıblar.
Ölkədə yanvarın 1-i matəm günü elan edilib.

DİGƏR XƏBƏRLƏR

Top