4 il əvvəl türkiyəli diplomatı öldürən terrorçu zərərsizləşdirildi


Türkiyəli diplomat Osman Kösenin İraqda şəhid olduğu qarşıdurmanın səbəbkarı zərərsizləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Bildirilib ki, türk diplomat Köse 17 iyul 2019-cu ildə İraqın Ərbil şəhərində işlədiyi restoranda şəhid olandan sonra Milli Kəşfiyyat İdarəsi (MİT) istintaqa başlayıb.
Təhlükəsizlik kamerası görüntülərinə baxışda iki hücumçunun restorana girdiyi, diplomat Kösenin masasının yanındakı masaya oturduğu, həmin vaxt içəridə olan üçüncü terrorçunun və hücumu həyata keçirən hücumçuların hadisə yerindən sürətlə qaçdıqları görülüb.
MİT və Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi hava əməliyyatında terrorçuların hədəfləri uğurla vurulub və çoxlu sayda terrorçu zərərsizləşdirilib. Aparılan kəşfiyyat işində zərərsizləşdirilən terrorçular arasında diplomat Kösenin şəhid olduğu hücumu törədən PKK terrorçusu Rənas Derik kod adlı Cəmil Akarın da olduğu müəyyən edilib.

Osman Köse

DİGƏR XƏBƏRLƏR

Top