
“Dekabrın 30-da günorta saatlarında Belqorodun atəşə tutulmasının arxasında ABŞ və Böyük Britaniya dayanır”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Hücumun arxasında Ukrayna silahlı qüvvələrinin əks-hücumunun uğursuz olduğunu anlayaraq Kiyev rejimini terror aktları törətməyə təhrik edən Birləşmiş Ştatlar və Britaniya dayanır”, - Zaxarova bildirib.
Zaxarovanın sözlərinə görə, baş verənlərə görə Kiyevə silah tədarükünü davam etdirən Aİ dövlətləri də məsuliyyət daşıyır.
Xarici İşlər Nazirliyinin sözçüsü onu da bildirib ki, Rusiya hadisə ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.
Xatırladaq ki, bu gün günorta saatlarında Ukrayna Belqoroda zərbələr endirib. Hadisə nəticəsində 14 nəfərin öldüyü deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz