21 min 507 ölü, 55 mindən çox yaralı...


“Son 24 saat ərzində silahlı qarşıdurma nəticəsində həlak olan Qəzza zolağı sakinlərinin sayı 187 nəfərə çatıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində azı 312 nəfər isə yaralanıb.
Bununla da, İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında silahlı qarşıdurmanın sonuncu mərhələsi başladıqdan indiyədək Qəzzada ölənlərin sayı 21 min 507 nəfərə çatıb, 55 min 915 nəfər isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top