Bəxtiyar Hacıyevin işi üzrə məhkəmənin hazırlıq iclası keçirildi


Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Çıxış edən dövlət ittihamçısı Eldar Həmzə prosesin məhkəmə baxışına verilməsini təklif edib.
Qısa müşavirədən sonra məhkəmə heyəti prosesin ilk baxış iclasını yanvarın 7-nə təyin edib.
Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham verilib. Bu ilin noyabr ayında ona qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsi ilə yeni ittiham da irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top