Fransanın ən böyük bankı çirkli pulların yuyulmasında şübhəli bilinir


Fransanın ən böyük bankı “BNP Paribas” çirkli pulların yuyulmasında şübhəli bilinir.
Yeniavaz.com
“Monde”yə istinadən xəbər verir ki, söhbət mənşəyi şübhəli sayılan 220 milyon avrodan çox puldan gedir.
Bildirilir ki, istintaq “BNP Paribas” bank filialı “BNP Paribas Securities Services” və Kiprdə qeydiyyatdan keçmiş broker şirkəti “TCR International Limited”ə qarşı aparılıb və onlar çirkli pulların yuyulmasında ittiham olunurlar.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətini “TCR International Limited” tərəfindən 2019-2021-ci illər arasında həyata keçirilən bir sıra əməliyyatlar çəkib. Şübhəli əməliyyatlarda Rusiya və Ukrayna vətəndaşlarının iştirak etdiyi qeyd edilir.
“TCR İnternational” əvvəllər ABŞ hökumətinin araşdırmasında “Wagner” PMC və iş adamı Yevgeni Priqojin tərəfindən istifadə edilə bilən maliyyə şəbəkələri ilə əlaqəli bir təşkilat kimi qeyd edilib, lakin Fransa rəsmiləri hələ bu əlaqəni sübut edə bilməyiblər.

DİGƏR XƏBƏRLƏR

Top