Astana hava limanında zarafat nəticəsində həyəcan elan edildi


Qazaxıstan paytaxtı Astananın beynəlxalq hava limanında aviasiya təhlükəsizliyi xidməti həyəcan təbili çalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a hava limanının mətbuat xidmətindən məlumat verilib.
“KS954 reysi ilə Astanadan Almatıya uçmağa hazırlaşan 44 yaşlı kişi qeydiyyat masasında əl yükündə silah və narkotik olduğunu bildirib. Aeroport əməkdaşları dərhal şübhəlinin olduğu ərazini mühasirəyə alıblar və dərhal dövlət təhlükəsizlik xidmətinə, Milli Təhlükəsizlik Komitəsinə və Terrorla Mübarizə Mərkəzinə məlumat verilib”, - məlumatda deyilir.
Bildirilir ki, Aviasiya təhlükəsizliyinin əməkdaşları sərnişinin əl yükünü yoxlayaraq polis xəttinə təhvil veriblər:
“Sərnişin polisə verdiyi izahatda bildirib ki, əl yükündə silah və narkotik vasitələrin olması barədə zarafat kimi məlumat verib. Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Xidmətinin göstərişi ilə Astana İnternational-da həyəcan siqnalı qaldırılıb”.
Onlar həmçinin vurğulayıblar ki, həmin şəxsi Cinayət Məcəlləsinin 273-cü maddəsi (“Terror aktı haqqında bilə-bilə yalan məlumat vermə”) ilə 17 milyon tengedən (37 min dollar) çox cərimə və ya 5 ilə qədər həbs cəzası gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top