
“Rusiya hərbi bazası müqaviləyə uyğun olaraq Ermənistanda yerləşir, onun respublika ərazisində məqsədəuyğunluğunu müzakirə etmək zərərlidir”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının yaradılmasının məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Onun orada yerləşməsi ilə bağlı saziş 1995-ci il martın 16-da, ilk növbədə, milli maraqlara və dövlətlərimizin ümumi məqsədinə əsaslanaraq bağlanıb. Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün”, - nazir qeyd edib.
Lavrov qeyd edib ki, bu gün Rusiya ordusu bu regionda sülhün təmin edilməsində əsas elementdir.