“Deputat 5 minə yaxın maaş alsa da, əksəriyyəti kredit götürməli olur”


“Yay aylarında mediada yazıldı ki, deputatlara böyük məbləğdə ödəniş ediləcək. Bütün bunların hamısı ləğv edildi. Biz ancaq deputat əməkhaqqısı alırıq. Nə 13-cü əməkhaqqı, nə 12-ci əməkhaqqı - bunların heç birini almırıq”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Musavat TV”nin efirində Yeni Azərbaycan Partiyasının deputatı Siyavuş Novruzov deyib.
O bildirib ki, 5 min manata yaxın maaş alsalar da, hətta deputatların əksəriyyətini bu məbləğ qane etmir və kredit götürməli olurlar:
“Əksəriyyəti kreditdədir. Kredit götürürlər və vaxtlı-vaxtında ödəyirlər. Cəmiyyət elə bilməsin ki, onların çətinliyi varsa, deputatın çətinliyi yoxdur. Deputatın çətinliyi də elə onlarla eynidir”.
Millət Vəkili bildirib ki, onların maaşlarının bir hissəsi seçicilərinin ehtiyaclarını qarşılamağa sərf olunur.

DİGƏR XƏBƏRLƏR

Top