Rumıniya 2024-cü ilin martında hava limanlarında və limanlarda Şengen zonasına qoşulacaq.
Yeniavaz.com xəbər verir ki, bBu barədə “Adevarul” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələr qəzetə bildiriblər ki, Aİ səviyyəsində hava və dəniz nəqliyyatı üçün razılaşdırılmış üzvlük tarixi 31 mart 2024-cü il, quru sərhədləri üçün perspektiv 2025-ci ildir”.
Nəşr yazır ki, qərar Rumıniya, Bolqarıstan və Avstriya nümayəndələri arasında bir neçə həftə davam edən danışıqlardan sonra Aİ Şurası səviyyəsində qəbul edilib. Əldə edilən razılaşma iki gün sonra Aİ-dəki Daimi Nümayəndələr Komitəsində səsvermə yolu ilə təsdiqlənməlidir.
Bundan başqa, qəzet qeyd edir ki, Aİ liderləri sığınacaq və miqrasiya sistemində islahatlar, qeyri-qanuni miqrantların Aİ-yə gəldikdən sonra yoxlanılması üçün daha aydın qaydaların müəyyən edilməsi üzrə işlər apacaq.