“Müharibədən sonra mina qurbanlarının sayı 341 nəfərə çatıb”


“Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır!”
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında paylaşım edib.
“Ermənistanın yerləşdirdiyi minanın daha bir qurbanı. 2020-ci il müharibəsinin bitməsindən indiyədək qurbanların ümumi sayı 341 nəfərə çatıb, onlardan 65-i həlak olub (50-si mülki şəxs, 15-i hərbçi). Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır!”, - paylaşımda deyilir.
Xatırladaq ki, bugün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində ANAMA əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu mina partlaması nəticəsində xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top