Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başladı


Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin tərəfindən ənənəvi olaraq Yeni il qabağı çağırılan MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, sammitin ev sahibi Rusiya Prezidenti Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan həmkarlarını danışıqlar masası arxasında deyil, Sankt-Peterburqun saray və park komplekslərini gəzərkən ünsiyyətə başlamağa dəvət edib.
Çərşənbə axşamı günortadan sonra Birlik ölkələrinin liderləri Pavlovsk muzey-qoruğuna gəliblər. Bundan sonra onların Tsarskoe Selo və Peterqofda olmaları gözlənilir.
Pavlovskda bütün qonaqlar - o vaxt ikitərəfli görüş keçirən Azərbaycan və Belarus prezidentləri istisna olmaqla - Milad mahnıları ilə xor qarşılanıb. Sarayla tanışlıqdan sonra onun salonlarından birində prezidentlər üçün kiçik konsert verilib: “Şimal Simfoniyası” simfonik orkestri və onun solistləri bir neçə klassik vals və romanslar ifa ediblər.
MDB-nin qeyri-rəsmi sammiti Strelnadakı Konstantinovski sarayında söhbətlə başa çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top