Türkiyədə daha bir PKK lideri zərərsizləşdirildi


Türkiyənin Milli Kəşfiyyat Təşkilatı PKK terror təşkilatının qondarma Süleymaniyyə liderlərindən “Bahoz Zaqros” kod adlı Mehmet Şəfa Akmanı həyata keçirdiyi əməliyyatla zərərsizləşdirib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, Türkiyə kəşfiyyatı terrorçunun silahlı hücuma hazırlaşdığını müəyyən edib. Terror təşkilatına üzv topladığı və silahlı-ideoloji təlim fəaliyyətləri ilə məşğul olduğu müəyyən edilən terrorçu keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.
Mehmet Şəfa Akman PKK terror təşkilatına 2005-ci ildə qoşulub. 18 il Şimali İraqda fəaliyyət göstərib. O, sonuncu dəfə PKK-nın Özünümüdafiə Birliklərinin tərkibində Süleymaniyyə liderlərindın biri olub.

DİGƏR XƏBƏRLƏR

Top