Putin Lukaşenkodan yumurta istədi: “Xəsislik etməyin” – Video


Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkonu zarafatla xəsislik etməməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə Ali Avrasiya İqtisadi Şurasının iclasında baş verib.
Görüşdə çıxış edən Lukaşenko qeyd edib ki, Belarus demək olar ki, 100% öz istehsalı olan məhsullarla təmin olunub:
“Ölkə taxıl, donuz əti, quş əti, süd, tərəvəz, bitki yağları və digər mallara olan daxili tələbatını özü ödəyir”.
Bundan sonra o, qısa fasilə edib, Putinə baxıb və gülümsəyərək toyuq yumurtasının adını çəkib.
Buna cavab olaraq Rusiya lideri gülümsəyərək “Bizə də bir az verin! Xəsislik etməyin” deyib.
Qeyd edək ki, Rusiyada son vaxtlar toyuq yumurtası qıtlığı yaranıb və bu səbəbdən qiymətlər xeyli artıb. Rosstatın məlumatına görə, noyabrda toyuq yumurtası oktyabr ayı ilə müqayisədə 15,07%, ilin əvvəlindən isə 36,54% bahalaşıb. Bu gün isə Azərbaycandan artıq üçünçü partiya yumurta Rusiyaya göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top