“Sülh müqaviləsi ilə bağlı Bakıdan təkliflər daxil olub” – Ermənistan XİN


İrəvan sülh müqaviləsinin mətni ilə bağlı Bakıdan təkliflər alıb.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
“Ermənistan tərəfi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı Bakıdan son təklifləri alıb”, - deyə Badalyan bildirib.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rəsmi Bakının bu il noyabrın sonunda İrəvandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini aldığını bildirib:
“Bizim tərəfimizdən hazırlanmış tövsiyələr paketi bir ay ərzində Ermənistana təqdim olunub. Proses davam edir. Düşünürəm ki, görüşlər 2024-cü ildə baş tutacaq. Biz bu məsələyə real və optimist baxırıq”, - deyə Bayramov bildirib.

DİGƏR XƏBƏRLƏR

Top