“Ən qısa zamanda Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini bərpa edəcək”


“Azərbaycan səfirliyininTehranda fəaliyyətinin bərpası üçün yol xəritəsi müəyyən edilib”.
Yeniavaz.com
“Mehr” agentliyinə istinadla xəbər verir ki, bunu mətbuat konfransı zamanı İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani deyib.
“İnşallah, ən qısa zamanda Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasının şahidi olacağıq”, - Kənani bildirib.
Qeyd edək ki, bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.
“Kalaşnikov” silahı ilə səfirliyə hücum edən 50 yaşlı İran vətəndaşı Yasin Hüseynzadə təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.
Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.
Yanvarın 29-da səfirliyin əməkdaşları və onların ailə üzvləri - ümumilikdə 53 nəfər Bakıya təxliyə edilib, səfirlik fəaliyyətini dayandırıb.
Xatırladaq ki, Prezident İlham Əliyev hücumu “terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top