Qəzzada daha iki İsrail əsgəri həlak oldu – “Əl-Cəzirə”


İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında döyüşlər zamanı daha iki hərbçisinin öldüyünü təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
IDF ölən iki hərbçinin 14-cü Zirehli Briqadanın 30 yaşlı çavuşu Nitay Meisels və “Nahal” Briqadasının 50-ci Batalyonunun 20 yaşlı serjantı Rani Tamir olduğunu müəyyən edib.
Yeni məlumatlar nəzərə alınmaqla, İsrail ordusunun Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına qarşı quru əməliyyatına başlamasından bəri həlak olan hərbçilərin sayı 156 olub. İsrail-Fələstin münaqişəsinin yenidən kəskinləşməsindən sonra ölən hərbçilərin sayı isə 489-a çatıb.

DİGƏR XƏBƏRLƏR

Top