
Ermənistanın Baş naziri Nikol Paşinyan Ali Avrasiya Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Nikol Paşinyan iki günlük işgüzar səfərlə Rusiya Federasiyasına gedib. Baş nazir dekabrın 25-də Sankt-Peterburqda Avrasiya İqtisadi Şurasının iclasında, dekabrın 26-da isə MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək”, - məlumatda bildirilib.
Qeyd edək ki, il ərzində Ermənistanın Baş naziri KTMT və MDB çərçivəsində keçirilən tədbirlərə qatılmaqdan imtina edib. Noyabrda o, Minskdə keçiriləcək KTMT sammitinə getməyib və “KTMT tərəfdaşlarının bu qərara anlayışla yanaşacağına ümid etdiyini” bildirib. Oktyabrda isə Paşinyan MDB üzvlərinin dövlət başçılarının Bişkek görüşündə iştirak etməyib.
Tətbiqimizi yükləyə bilərsiniz