BMT-nin 2024-cü il büdcəsi təsdiqləndi


BMT Baş Assambleyası dünya təşkilatının gələn il üçün büdcəsini təsdiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bazar günü BMT-nin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, büdcə 3,59 milyard dollar məbləğində təsdiq olunub.
“Baş Assambleya Birləşmiş Millətlər Təşkilatının 2024-cü il üçün 3,59 milyard dollarlıq büdcəsini təsdiqləyib”, - məlumatda bildirilib.
BMT-nin Baş katibi Antonio Quterreş dünya təşkilatının gələn il üçün büdcəsini Baş Assambleyanın Beşinci Komitəsinə bu ilin oktyabrında təqdim edib.
Qeyd edək ki, 2023-cü ildə BMT-nin büdcəsi 3,4 milyard dollar, 2022-ci ildə isə 3,1 milyard dollar olub.

DİGƏR XƏBƏRLƏR

Top