Mirziyoyev və Lukaşenko Azərbaycan Prezidentini təbrik ediblər


Dekabrın 24-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Yeniavaz.com
xəbər verir ki, Şavkat Mirziyoyev dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.
“Dövlət başçıları Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, yüksək səviyyədə keçirilən mütəmadi görüşlərin və təmasların əməkdaşlığımızın genişlənməsinə töhfə verdiyini qeyd ediblər.
Prezident İlham Əliyev COP29-un gələn il Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilmiş qərar münasibətilə Özbəkistan Prezidentinin göndərdiyi təbrik məktubuna görə təşəkkürünü bildirib.
Öz növbəsində Özbəkistan Prezidenti bu münasibətlə dövlətimizin başçısını bir daha təbrik edərək, bunu Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinin və ölkəmizə göstərilən hörmətin təzahürü kimi dəyərləndirib.
Telefon söhbəti zamanı əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub, gələn il yeni təmaslar barədə danışılıb”, - Prezidentin Mətbuat xidmətinin məlumatında deyilir.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko da Prezident İlham Əliyevə zəng edib.
Lukaşenko dövlət başçısını ad günü münasibətilə təbrik edib, dövlətçilik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
“Azərbaycan və Belarus prezidentləri ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluqlarını bildirib, gələcəkdə əlaqələrimizin daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Telefon söhbəti zamanı dövlət başçıları əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar”, - Mətbuat xidmətinin məlumatında bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top