
Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlının həlak olduğu bildirilir.
Yeniavaz.com xəbər verir ki, sözügedən şəxsin – Elçin Muradovun yaxınları bu barədə sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Qeyd olunur ki, əslən azərbaycanlı olan Elçin Muradov rus işğalına qarşı mübarizə zamanı həlak olub.
Onun beynəlxalq dərəcəli hakim, boks üzrə idman ustası olduğu bildirilir.
