Estoniyada yaşayan hərbi xidmətdən yayınan ukraynalılar ölkəyə təhvil verilə bilər


“Estoniya Daxili İşlər Nazirliyi ölkədə yaşayan hərbi xidmətdən yayınan ukraynalıları tapıb Ukraynaya təhvil verməyə hazırdır”.
Yeniavaz.com
xəbər verir, bu barədə Estoniya Milli Televiziyasına nazirliyin rəhbəri Lauri Launemets bildirib.
“Ukraynaya ehtiyac olarsa, Estoniya bu şəxsi axtarıb Ukraynaya ekstradisiya edə bilər. Ümumiyyətlə, bu insanların harada olduğunu, nə işlə məşğul olduqlarını bilirik. Əksəriyyət Estoniyaya işləyir və yaşayır”, - nazir bildirib.
Daxili İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, yaxın vaxtlarda o, Estoniya və Ukrayna arasında hərbi xidmətdən yayınan şəxslərin ekstradisiyasına imkan verən sazişin bağlanmasını rəsmən təklif edəcək.
Qeyd edək ki, Estoniya Sosial İşlər Nazirliyinin 2023-cü ilin may ayına olan məlumatına görə, ölkədə 36 minə yaxın ukraynalı qaçqın müvəqqəti məskünlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top