“Beşiktaş” “Mançester Yunayted”in baş məşqçisini istəyir


Rıza Çalımbayla yollarını ayıran və baş məşqçi axtarışlarını davam etdirən “Beşiktaş” sürpriz bir adla gündəmə gəlib.
Yeniavaz.com
Türkiyə mediasına istinadla xəbər verir ki, “Beşiktaş” bir müddət əvvəl “Mançester Yunayted”in sabiq baş məşqçisi norveçli Ole Qunnar Sulşerə təklif göndərib. Məlumata görə, “Beşiktaş” rəhbərliyinin Sulşerə 1,5 illik müqavilə təklif etdiyi bildirilib.
Karyerası ərzində “Kardiff Siti”, “Molde” və “Mançester Yunayted” kimi komandalarda baş məşqçi olan 50 yaşlı Sulşer 21 noyabr 2021-ci ildən heç bir klubla işləmir.

DİGƏR XƏBƏRLƏR

Top