
ABŞ Prezidenti Co Bayden Milad bayramını Kemp-Deviddə (Merilend ştatı) Amerika liderlərinin ölkə iqamətgahında, Yeni ili isə Karib hövzəsindəki Santa-Krus adasında (ABŞ-nin Virciniya adaları) qeyd edəcək.
Yeniavaz.com xəbər verir ki. bu barədə cümə günü jurnalistlərə Ağ Evin nümayəndələri məlumat veriblər.
“Şənbə günü Prezident Milad bayramı üçün qalacağı Kemp Devid şəhərinə gedəcək. Prezident və birinci xanım çərşənbə axşamı Ağ Evə qayıdacaqlar. Çərşənbə günü Prezident və birinci xanım Yeni il üçün qalacaqları Santa-Krusa gedəcəklər”, - Ağ Evin mətbuat xidməti bildirib.
Qeyd edək ki, Milad bayramı ABŞ-da dekabrın 25-də qeyd olunur.
Xatırladaq ki, Bayden keçən il də Yeni ili Santa-Krusda qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz