
Əməkdar mədəniyyət işçisi, rejissor Gülçöhrə Şəfiyeva vüfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.
G. Şəfiyeva 74 yaşında vəfat edib. O, uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi.
Dəfn mərasimi bu gün saat 12:00-da olacaq.
Qeyd edək ki, G.Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Uzun illər Mədəniyyət Nazirliyi Mərkəzi Aparatında müxtəlif vəzifələrdə çalışıb. 1994-cü ildən Heydər Əliyev Sarayının baş rejissoru olub. 2018-ci ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb.
Allah rəhmət eləsin!
Tətbiqimizi yükləyə bilərsiniz