Türkiyə Şimali İraqda 6 şəhid verdi


Separatçı terror təşkilatı üzvlərinin İraqın şimalında həyata keçirdiyi hücumda Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Milli Müdafiə Nazirliyi separatçı terror təşkilatının İraqın şimalında həyata keçirdiyi hücumda 3 əsgərin şəhid olduğunu, 4 əsgərin isə yaralandığını açıqlayıb. Nazirlik yeni açıqlamasında yaralanan 4 əsgərdən 3-nün şəhid olduğunu bəyan edib.
Məlumatda aşağıdakılar qeyd olunub:
“İraqın şimalında 22 dekabr 2023-cü il tarixində separatçı terror təşkilatı üzvlərinin hücumu nəticəsində 3 əsgərimiz şəhid olub, 4 əsgərimiz yaralanıb. Xəstəxanaya çatdırılan 4 yaralımızdan 3-nü xilas etmək mümkün olmayıb və bütün müdaxilələrə baxmayaraq şəhid olublar. Terrorçular qarşı həyata keçirilən hava əməliyyatlarında 7 terrorçu zərərsizləşdirilib. Əməliyyatlar davam edir."

DİGƏR XƏBƏRLƏR

Top