“KTMT sənədləri maraqlarımıza zidd olsa, imzalamayacağıq” – Simonyan


“İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinə mane olmaq niyyətində deyil, ancaq buna baxmayaraq, Ermənistan yalnız təşkilatın ölkənin maraqlarına zidd olmayan sənədlərini ratifikasiya edəcək”.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT baş katibinin imzalamaq üçün İrəvana gətirdiyi sənədləri Ermənistanın imzalayıb-imzalamayacağı barədə sualı cavablandırarkən bildirib.
“Bu sənədlərin nə olduğunu bilmirəm, onlara baxmaq lazımdır. Ancaq biz heç bir şəkildə KTMT-nin fəaliyyətinə mane olmaq fikrində deyilik. Əgər bu sənədlər Ermənistanın maraqlarına ziddirsə, biz onları imzalamayacağıq və bunun nümunələri mövcuddur”, - o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top