
Türkiyə Superliqasının nəhənglərindən “Beşiktaş” baş məşqçisi ilə yollarını ayırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun yaydığı bəyanatda bildirilir.
““Korendon Alanyaspor” matçından sonra keçirilən toplantı nəticəsində İdarə Heyətimiz baş məşqçimiz Rıza Çalımbay ilə yollarını ayırmaq qərarına gəlib”, - bəyanatda deyilir.
Qeyd edək ki, “Beşiktaş” ötən gün doğma meydanda “Korendon Alanyaspor”a 1:3 məğlub olub.
Tətbiqimizi yükləyə bilərsiniz