Mirzoyan KTMT-nin baş katibi ilə regiondakı vəziyyəti müzakirə etdi


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov ilə regiondakı vəziyyəti müzakirə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, görüş zamanı həmsöhbətlər KTMT-nin fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər:
“Baş katib erməni nazirə KTMT-nin noyabrda Minskdə keçirilmiş sammitinin və təşkilatın Xarici İşlər Nazirləri, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şurası Katibləri Komitəsinin birgə iclasının nəticələrini təqdim edib.
Görüş zamanı Mirzoyan və Tasmaqambetov regiondakı vəziyyət, nəqliyyat və iqtisadi kommunikasiyaların inkişafına yönəlmiş layihələr, o cümlədən “Dünyanın kəsişməsi” layihəsi barədə fikir mübadiləsi aparıblar”.

DİGƏR XƏBƏRLƏR

Top