“Qəzzada 36 xəstəxanadan yalnız 9-u qismən fəaliyyət göstərir”


“Qəzza zolağında əvvəlki 36 xəstəxanadan yalnız 9-u qismən fəaliyyət göstərir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) işğal olunmuş Fələstin əraziləri üzrə nümayəndəsi Riçard Piperkorn Cenevrədə keçirdiyi brifinqdə deyib.
“Qəzzada 36 tibb müəssisəsindən yalnız 9-u qismən işləyir. Bütün onlar cənubdadır. Şimalda işləyən xəstəxana qalmayıb. Tibb şöbələri 206% doludur”, - nümayəndə bildirib.
Brifinqdə verilən məlumatlara görə, Qəzzanın xəstəxanalarında oktyabrın 7-də hərbi əməliyyatlar başlamazdan əvvəl mövcud çarpayıların cəmi 38%-i hazırda var..

DİGƏR XƏBƏRLƏR

Top