
Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə telefonla ikitərəfli münasibətləri müzakirə edib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, tərəflər sazişlərin icrasının gedişatını müzakirə ediblər.
Qeyd olunur ki, Paşinyan və Rəisi “3+3” regional platforması (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran, Türkiyə) ətrafında fikir mübadiləsi aparıb, Tehranda keçirilən görüşün faydalı olduğunu bildiriblər.
Tətbiqimizi yükləyə bilərsiniz