Zelenski Ali Radada özünə yeni nümayəndə təyin etdi


Ukrayna Prezidenti Volodimir Zelenski Qalina Mixaylyuku Ali Radadakı nümayəndəsi təyin edib.
Yeniavaz.com
Ukraynanın UNIAN portalına istinadla xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamı öz saytında dərc olunub.
Mixaylyuk “Xalqın qulluqçusu” partiyasından Radaya deputat seçilib. O, eyni zamanda hüquq-mühafizə məsələləri komitəsinin sədr müavini vəzifəsini icra edir.
Qeyd edək ki, ayın əvvəlində Zelenski parlamentdəki keçmiş nümayəndəsi Fyodor Venislavskini vəzifəsindən azad edib. Ancaq istefanın səbəbləri barədə məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top